Vaqif Bəhmənli: Dərdin dərəcəsi

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən.

Məndən aşağı kimsə yox, ondan da yuxarı…

(M.Şəhriyar)

 

Ruhum, dur yığış, gedirik

şən yuxarı, mən aşağı.

(R.Rövşən)

xxx

Yol yanıldır gümanımı,

hopuram izdən aşağı.

Qar bürüyür dabanımı,

qan axmır dizdən aşağı!

 

 

Dibə çatan kankan hanı?

Haqqa məskən məkan hanı?

Dalğıcda o imkan hanı

dala dənizdən aşağı?

 

 

Hadı dünya, Bıdı dünya,

Son mətləbin nədi, dünya?

Tutma mərdi, gidi dünya

quldan, kənizdən aşağı!

 

 

Alışmaqdı ömrün adı –

Hər çınqının ayrı dadı…

Sümüyəcən yanır odun,

Kül qalır közdən aşağı…

 

 

Fələk çərxi dönə bəlkə?-

aram ola sinə bəlkə…

Can yanğısı sönə bəlkə;

yaş axır gözdən aşağı.

 

 

Sinəmdə qəm büküm-büküm,

Cana sığmır ağır yüküm.

Azaltmır ağrımı tütün

qətranı yüzdən aşağı

 

 

Vaqif, sözü böyütmə çox-

Giley nə çox, öyüd nə çox…

Allahdan üstdə kimsə yox,

Kimsə yox bizdən aşağı

Vaqif Bəhmənli, 2025, Mərdəkan.

* * *

Allahverdi Allahverdiyev

Topasının ağsaqqalı ,

” Görmədimi” yazan Vaqif

Bəhmənli , sağ ol :

 

Tamxil Ziyəddinoğlu Hacıyev

Gözlərindən çıxmayan yaş,

Axır bənizdən aşağı…

Şeirdən çox bu şəkil məni tar-mar elədi. Qardaş, sizin dərdiniz dağılmaz ki, heç. Çünki o dərd bizim dərdimizdir, o yük millətin yüküdür. Tək çəkiləsi yük deyil…

 

Телман Джафаров

Gözəl hisslərin və insani duyğuların ustalıqla, səmimi ifadəsinə görə sağ olun, Vaqif müəllim!

 

Avşar Eyvaz

Əhsən!

Mənəviyyatda “mən; mənimlik” yox, ona son…

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button