Vasili Nebenzya Fransanı diplomatik təcavüzdə ittiham edib
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya NATO qüvvələrinin keçmiş Yuqoslaviyanı bombalamağa başlamasının 25-ci ildönümü ilə bağlı Təhlükəsizlik Şurasının iclasını pozduğuna görə Fransanı diplomatik təcavüzdə ittiham edib.
Polise.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nebenzya görüşün pozulmasını Fransanın diplomatik təcavüzünün təzahürü adlandırıb və bunun “söz və ifadə azadlığın qarşı” törədildiyini qeyd edib. Onun fikrincə, Paris və digər NATO üzvləri görüşün ləğvi üçün prosedur mexanizmlərindən istifadə ediblər.
Diplomat vurğulayıb ki, dialoq mövzusu Serbiya, Kosovodakı vəziyyət və ümumilikdə Qərbi Balkanlar üçün vacibdir.
Polise.az