Vaşinqton Tehrana nüvə proqramı ilə bağlı yeni təklif verdi

Pakistanda keçirilən danışıqlar zamanı ABŞ İrandan nüvə proqramını tamamilə dayandırmağı yox, 20 il müddətinə dondurmağı tələb edib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, bu ideya İranın özünü nüvə proqramından tam imtina etməmiş kimi göstərməsinə imkan yaratmaq məqsədi daşıyıb.

Tehran buna cavab olaraq, nüvə proqramını 5 il müddətinə dayandırmağı təklif edib. Bu təklif fevralda aparılan danışıqlarda İran tərəfindən irəli sürülən təkliflə oxşardır. ABŞ Prezidenti Donald Tramp bunu rədd edib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button