Vaşinqtonda Ukrayna cəbhəsi uğrunda daxili savaş: Rubio–Vitkoff qarşıdurması dərinləşir

ABŞ-ın dövlət katibi Marko Rubio ilə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna üzrə əsas danışıqlarçı roluna görə bir-biri ilə açıq rəqabət aparır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ mediası, o cümlədən NBC News məlumat yayıb.

Məlumata görə, Marko Rubio noyabrın 23-də İsveçrədə ukraynalı rəsmilərlə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etməli idi. Lakin Stiv Vitkoff Dövlət Departamentini əvvəlcədən xəbərdar etmədən Cenevrəyə daha tez gedib. Buna baxmayaraq, Rubio sonradan Cenevrəyə çataraq görüşdə iştirak edib. NBC bu epizodu Tramp administrasiyasında uzun müddətdir mövcud olan daxili parçalanmanın növbəti nümunəsi kimi dəyərləndirib.

Mənbələrin bildirdiyinə görə, iki yüksəkvəzifəli rəsmənin Ukrayna məsələsinə yanaşmaları kəskin şəkildə fərqlənir. Vitkoff Ukraynaya təzyiq göstərərək onu güzəştlərə, o cümlədən ərazi məsələlərində kompromisə razı salmağa çalışır. Rubio isə Rusiyaya təzyiqin artırılmasının tərəfdarıdır və Rusiya prezidenti Vladimir Putinin Ukraynanın təhlükəsizliyinə real zəmanətlər verməsini tələb edir.

Vitkoffun mövqeyi bəzi tənqidçilər tərəfindən “Rusiya üçün hədiyyə” kimi qiymətləndirilir. ABŞ Dövlət Departamenti isə yayılan məlumatlara baxmayaraq, Rubio ilə Vitkoff arasında hər hansı ciddi münaqişənin olmadığını iddia edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button