Vazgen Manukyan: “Ermənistan dövləti uçuruma yuvarlanmaqda davam edir”

“Hər kəsə aydındır ki, Ermənistan dövləti uçuruma yuvarlanmaqda davam edir”.

Bunu ölkə müxalifətinin liderlərindən biri sayılan Vazgen Manukyan yerli telekanallara müsahibəsi zamanı bəyan edib.

Ermənistanın keçmiş Baş naziri, hazırda isə “Vətənin xilası naminə hərəkat”ın aparıcı simalarından biri olan V.Manukyan vurğulayıb ki, ölkəsinin Qarabağ müharibəsində verdiyi itkilər əhali nisbəti baxımından Ginnesin Rekordlar Kitabına düşə biləcək səviyyədədir.

“44 gün ərzində 5 mindən çox itki verdik. 2.5 milyonluq bir xalq üçün bu Ginnes rekordu sayıla bilər”, – deyə o, bildirib.  

Eks Baş nazir Ermənistan ordusunun zəif olmadığını və məğlubiyyətin günahını hazırkı hökumətdə gördüyünü qeyd edib. Onun sözlərinə görə, əgər vəziyyət belə davam edərsə, Ermənistan 150 il öncəki vəziyyətə qayıda bilər.  

Hamısını Göstər

Related Articles

Back to top button