Venesuelada prezident iqamətgahına və hökumət obyektlərinə hava zərbələri endirilib – YENİLƏNDİ

Venesuelanın paytaxtı Karakasda prezident iqamətgahına gedən yollar bağlanıb. Polis qüvvələri prezident iqamətgahının olduğu Miraflores ərazisində gəzərək, buranı nəzarətdə saxlayır və təhlükəsizliyi qoruyur.
Polise.az xarici KİV-lərə istinadən xəbər verir ki, atəşin əsas hədəfi elə bu ərazi olub.
Prezident Nikolos Maduronun iqamətgahı ilə yanaşı, müdafiə naziri və Venesuela limanı da hava zərbələrinə məruz qalıb.
ABŞ ordusunun nümayəndəsi müdaxilə ilə bağlı açıqlama verməkdən imtina edib, Kolumbiya prezidenti isə BMT və Amerika Dövlətləri Təşkilatında (OAS) Venesuelaya qarşı bombardmanlarla bağlı təcili iclas çağırıb.
Vaşinqton rəsmi olaraq xüsusi əməliyyatın başladığını elan etməyib.
***
10:40
Venesuelanın paytaxtı Karakasda azı yeddi partlayış qeydə alınıb, şəhər üzərindən bir neçə hərbi təyyarə uçub.
Polise.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, partlayışlar şəhərin cənub hissəsində yerləşən iri hərbi bazanın yaxınlığında baş verib.
Hadisə nəticəsində ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Polise.az



