VƏZİFƏSİNİN İCRASINA SƏRT QƏRARLA BAŞLADI – Venesuelada həbslər aparılır

Yanvarın 3-də ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra müvəqqəti prezident kimi and içən Delsi Rodrigez vəzifəsinin icrasına sərt qərarla başlayıb.

Onun imzaladığı ilk fərman ABŞ müdaxiləsini dəstəkləyən və ya təşviq edən şəxslərin həbs olunmasını və məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

“AzPolitika” xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Venesuelada Nikolas Maduronun “oğurlanmasını” dəstəkləyən jurnalistlərin və vətəndaşların həbsinə başlanıb.

Media həmkarlar ittifaqlarının məlumatına görə, artıq 14 jurnalist saxlanılıb. Onların əksəriyyəti vitse-prezident Delsi Rodriqezin müvəqqəti prezident kimi and içdiyi parlament binasının qarşısındakı hadisələri işıqlandırırıblar.

Delsi Rodrigezin Fərman iləa Venesuelada rəsmi olaraq fövqəladə vəziyyət elan edilib. Sənəddə ABŞ-nin ölkə ərazisinə silahlı müdaxiləsini dəstəklədiyi müəyyən edilən şəxslərə qarşı təhlükəsizlik qüvvələrinə geniş səlahiyyətlər verilir.

Həmçinin, paytaxat Krakasa silahlı hərbi qruplar yerləşdirilib və şəhər boyunca nəzarət məntəqələri qurulub. Qəzetin məlumatına görə, paytaxtdakı vətəndaşların bir çoxlarının telefonları ABŞ-nin hərəkətlərinə dəstək olub-olmadıqlarını müəyyən etmək üçün yoxlanılır.

D.Rodrigez andiçmə mərasimindəki çıxışında ABŞ-ni kəskin tənqid edib. O, Nikolas Maduro və birinci xanım Siliya Floresin qaçırıldığını bildirərək, baş verənləri “qanunsuz hərbi hücum” kimi dəyərləndirib.

“Xalqım üçün bir an belə dayanmayacağam”, – deyən Rodrigez Venesuela xalqının sülhü və rifahı naminə fasiləsiz çalışacağını vurğulayıb.

Fövqəladə vəziyyət rejimi çərçivəsində imzalanan fərman 90 gün müddətində qüvvədə olacaq. Rəsmilər zərurət yarandığı təqdirdə bu müddətin daha 90 gün uzadıla biləcəyini bildiriblər.

Qeyd edək ki, bu fərman 1999-cu il Konstitusiyasında milli təhlükəsizliyə ciddi təhdid yarandığı hallarda dövlət başçısına fövqəladə səlahiyyətlər verən maddənin ilk dəfə tətbiq olunması ilə diqqət çəkir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp “ölkənin yerində idarə olunmasına kömək etmək” üçün Venesuelaya Amerika qoşunlarının yerləşdirilməsi ehtimalını istisna etməyib və vurğulayıb ki, Rodriqez Vaşinqtonun istəklərinə uyğun hərəkət etsə, bunun qarşısını almaq mümkün olar.

Eyni zamanda, Tramp açıq şəkildə müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonu dəstəkləməkdən imtina edib. Maçado Maduro tutulduğu gün Venesuelaya nəzarəti ələ keçirməyə hazır olduğunu bildirmişdi. Lakin Tramp Maçadonun lazımi liderlik keyfiyyətlərinə malik olmadığını qeyd edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button