Vicdan, şərəfin kübarlığıdır

                                                                                                             “Gecə ilə gündüzün bir-birini növbə ilə əvəz                                                                                                                       etməsi ,İlahi kübarlığın təcəllasıdır”.

                                                                                                                                     Səmavi kitabdan            

 

Rəbbimizin yer üzünün zinəti və təbiətən xeyir işlərin sahibi kimi yaratdığı şüurlu varlıq ədəbli və əxlaqlı şəxsiyyət olaraq xəlq edilib. Şəxsiyyət,fərd ,imanın,ədəblə  əxlaqın və mədəniyyətin təzahürüdür.Necə deyərlər,hər şey öləndə o İlahi dəyərlər xoş xatirələrlə yadda qalıb yaşayır.İmanı zəif,əxlaqı,ədəbi və mədəniyyəti aşağı olan varlıq cəmiyyətə ləkədir!Bu mənada aləmlərin Rəbbi insanı qaya tək möhkəm yaratmasaydı o, mükəlləf olduğunu daşıya bilməzdi. İnsanın şəxsiyyəti  fundamental hüquqlar kimi bircə dəfə,anadangəlmə bəxş edilir! Fərd ictimai maraq və həmrəylik,habelə vətən uğrunda həlak olanda belə,iman və mədəniyyəti ,sədaqəti,ədəbi və əxlaqı ondan sonra da yaşayır.

Şəxsiyyət  bir tamlıq, yekparəlikdir. Zərurət yarandıqda ümumi maraqlar naminə,vətən uğrunda fədakarlıq göstərib özünü qurban verənlər də çox olur.Azərbaycan xalqı bunu əyani şəkildə dünyaya sübut etdi.Məzarlarda qürurla vətənə baxan baş daşlarının “baxışlarında” çox şey var…

Həyat-pasiyentlərin çarpayılarını tez-tez dəyişmək istədikləri xəstəxnalara bənzəyirmiş…Düşündüyü kimi danışanlardan uzaq durmaq, ehtiyatlanmaq və  yaxın sandığımız adamı ”bataqlıqdan”çıxartmaq  üçün o “bataqlığa “düşmək lazımmış…

Çox təəssüf ki,İnsan bəzən həyatda özünün simasını və əhəmiyyətini itirir, ərk etdiyi çevrəsindən ayrı düşür , ictimai həmrəylikdən uzaq,ümumi maraqlara,milli,mənəvi dəyərlərə zidd davranaraq  qruplaşmalara meyl və cəhd edir. Bu mənada,insanların ləyaqət və xarakterlərinə görə qruplaşmasında yaşadıqları ictimai quruluşun da payı var.Tarixdən məlumdur ki,dövlətlər arasında davam edən rəqabət,antoqonist ziddiyyətlər,başqa dövlətləri  özünə tabe etmək istəyi,hətta dünyada “Ağa”lıq iddiasında olan dövlətlər də var.Belə situasiyalarda  etik normalara riayət etmək fövqaladə dərəcədə çətin olsa da,arzuolunandır.Lakin problemin mürəkkəbliyinə baxmayaraq  etik normaların ,bir az da obrazlı ifadə etsəm Beynəlxalq hüququn hamılıqla tanınan normalarının qorunması ,yedəyində getdiyimiz qos-qoca dünyanın tələbidir.Zənnimcə burada  fərdlərin şəxsi məsuliyyət hissinin necə formalaşdırılması  da vacib şərtlərdəndir.

Elmin yarandığı andan müasir dövrə qədər hər birimizin başı üzərində “Damokl Qılıncı” kimi fəaliyyətimizin nəticələrindən necə istifadə edilməsi məsələsi durur.Hippokratın məşhur “Zərər vurma”,-  fikri təkcə həkimlərə yox,hamıya aid edilməlidir.

Ötən əsrdə elmin nailiyyətlərindən dağıdıcı məqsədlər üçün istifadə edilməsi təkcə insanları yox,humanist alimləri də narahat etməyə başladı.Hətta Albert Eynşteyn(1921-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı,müasir fizika nəzəriyyəsinin banisi,İsveçrə,alman, amerikan fizikaşısı-nəzəriyyəçisi və ictimai xadim.Time jurnalının nəzərinə görə XX əsrin personası.) nüvə reaksiyasını nəzəri cəhətdən əsaslandırdıqdan və faciəvi nəticələrini anlayandan sonra  da,onun kəşfindən geri çəkilmədi.ABŞ-n həmin dövrdəki Prezidenti də ,Atom bombasının yaratmasına,kütləvi qırğın silahına xeyir-dua vermişdi…

Son 5-6 il ərzində  Vətəndaş cəmiyyətində eyni  qrupların  müxtəlif  Mərkəzi İcra Hakimiyyəti orqanlarının İctimai Şuralarında təmsil olunması ürək açan mənzərəni təqdim edə bilmədiyindən, ictimai nəzarət funksiyası da səmərə vermir.Burada alturistlik yox, özəl maraqlar qabardı,ona görə.Bu,İctimai İştirakçılıq haqqında qanunda olan boşluqlardan irəli gəlir …(Zənnimcə Qanunun adı da,”İctimai İştirakçılıq “yox,”İctimai həmrəylik” və ya “İctimai maraq”haqqında  olsa, daha yaxşı və etimoloji mənası bəlli olar.”İctimai iştirakçılıq”düzgün səslənmir,cinayətdə iştirakçılıq mümkündür…?) Reallıqda vətəndaş cəmiyyəti iki qrupa bölünür:İctimai Şuralarda təmsil olunan və olunmayanlar, Media reyestrində qeydə alınan və ya qeydə alınmaqdan imtina olunan onlayn media-xəbər portalları.Əslində belə yanaşma Konstitusion azadlığa zidd davranmaqdır və burada özəl maraqların əlamətləri sezilir.İctimai Şuralarda təmsil olunmayanlar çoxluq təşkil edir,-deyərdim.

Qədim yunan filosofu, Nikapolda fəlsəfə məktəbinin banisi (Romada kölə olmuş, sonra azadlığa qovuşmuşdu) Epiktetin müdrik bir kəlamı var: “İnsanın əsil – həqiqi  mülkiyyəti onun ləyaqətidir.” Kant isə , “İnsan olan şəxs alət ola bilməz, olmamalıdır”,-demişdi. Şəxsin ləyaqət  hissi ,şəxsi ideallara və ali məqsədlərə nail olmaq üçün möhkəm iradə nümayiş etməklə təsdiqlənir. Bu hisslər isə yalnız vicdanı saf və ürəyi təmiz , vətəninə, xalqına sədaqətlə xidmət edən insanlarda cəmlənə bilər. Vətənini, xalqını sevməyən insanlar ailəsini də sevməz və yaxud, əksinə.Belə insanlar xalqın “nə istədiyini bilməyənlər”in bir hissəsidir.

Hamının xeyirxah olması da ,qeyri mümkün və  çətin bir işdir. Amma bəzən bu xeyirxahlara  qarşı başqa cür davrananlar, belə insanları ucuz alıb-satmaq istəyənlər də tapılır. Ləyaqət bəziləri üçün əxlaq və mənəviyyat kateqoriyası, bəziləri üçün isə nüfuz və hörmət əlamətidir. Bu mənada bəzən qara  qəpiklərin də ləyaqəti olur. Təəssüf ki,qəpikgüdənlər və xırdaçı olanlar da var.

Fransız sosioloğiya məktəbinin banisi David Emil Dürkheymin (onun intihar əleyhinə olan araşdırmalarını dünya qəbul edir) müdrik  bir kəlamlarının birində deyilir: “Şəxsiyyət olmaq –  müstəqil fəaliyyətə mənsub olmaqdır.Zəkalı varlıq ciddi olmalı, dərin  çaylar kimi sakit və səssiz axmağı bacarmalıdırlar.“ Belə insanlara həsəd aparıb,onlara böhtan atanlar da var,təəssüf!

Şərəf və ləyaqət bir – birilərinin ayrılmaz tərkib hissələridir. Şərəf vicdanın zahiri görünüşü, vicdan isə şərəfin görünməyən dəyəri ,kübarlığıdır,-deyərdim.Hamımız  kübar davranışlarımızla seçilsək, düşünürəm ki,yaşadığımız cəmiyyətdə o qədər də ciddi problem yaşanmaz.

Tarix boyu insanlar aramsız  təqiblərə məruz qalıblar. Amma, onlara qarşı bihörmət davranmaq qəbul olunmayıb. İnsanı  azadlıqdan və həyatdan məhrum etmək olar,amma vicdanından, şərəfindən və namusundan məhrum etmək olmaz! Müdriklərin deyiminə görə,şərəfi aşağılamaq onun sahibinin zəif cəhətidir. Yalnız təmiz, saf adamlar şərəfi olmayanlara qalib gələ bilər.

Onere de Balzaka görə “Elə adamlar var ki, sıfıra bəznzəyirlər. Belələri gedəcəyi yerlərdə  də,sıfırı arzulayanlardır.”

Latın zərb məsəlinə görə ilan ilanı yeməsə əjdaha ola bilməz. Bəzən insanlar da bir-birilərinin ətini yeməyə hazır olur.İlandan fərqli olaraq  belə hallarda, insan insanlığını itirərək vampirə çevrilir! Həyasızlıq ,utanmazlıq ,ədəbsizlik eybin və əskikliyin son pilləsiymiş.

Bir zərb məsəldə deyilir: İşıq qaranlığı ram etdikdən sonra yaşamağa başlayır. Xeyir də, şərin üzərində qələbədən sonra qürrələnib yaşayır.Xeyirxah olsaq səadətə dəhliz açılar,səhra yaşıl örpəyə  bürünər…

Yaşadığımız cəmiyyətdə ehtiyatlı,insanlara qarşı sevgi ilə davransaq  “ palçığa” və “ bataqlığa” düşmərik,ayaqlarımızı çirkabdan qoruya bilərik. Eyni  ilə də insanlara dəyər verə bilməyənlərə,insan  ləyaqətini uca tuta bilməyənlərə əl uzatmayaq ki, əllərimiz bulanmasın. (Fridrix Nitşe)  Axı,bulanlıq axan suyun əksinə üzmək də çox təhlükəlidir.

Onore de Balzak demişkən:”Fikirləşib ümid etsək sayılarıq, arxalanarıq.Arxalansaq  deməli, güvənirik və qürurla yaşayırıq.

Avropalılar bizdən ona görə qabaqdadırlar ki,onlar işi,işi bilənə tapşırırlar. Ulu Şəhriyar bu fikri poetik dildə belə ifadə etmişdi:Bizdən qabaqdadı avropalılar,

İşi,iş bilənə tapşırır onlar…

Tanrı xalqımıza,xalqın yanında olanlara və qayğısına qalanlara dayaq olsun!

 

Hüquqşünas,publisist Şəmsəddin Mənsuroğlu                            

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button