Daxili İşlər Naziri Gürcüstana səfər edib

Noyabırın 21-də Azərbaycan  Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.

DİN Mətbuat Xidmətindən  Polise.az-a bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button