Vilayət Eyvazovdan yeni təyinat
Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul taboruna yeni komandir təyin olunub.
Vəzifəyə polis mayoru Mübariz Məmmədov təyin edilib.
O yeni vəzifəyədək Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün komandiri kimi fəaliyyət göstərib.



