Vladimir Putin Azərbaycana dövlət səfəri edəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.

Polise.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

Səfərin yekunları üzrə bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button