Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini bildirib

Vladimir Putin Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq verib.

Polise.az  TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları deyib.

Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. O, beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür və seçkilərdə qalib gəlsə, daha altı il – 2030-cu ilədək dövlət başçısı postunu tutacaq.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button