Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış…

Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış qeydə alınıb. 

Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri yenidən Voronejdə bazarda azərbaycanlıları saxlayıb.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda reyd keçirib və saxlanılan şəxsləri bir-birinin çiynindən tutaraq yeriməyə məcbur ediblər.

Məlumata görə, saxlanılanlar arasında azərbaycanlılarla yanaşı, tacik və özbək əsilli şəxslər də var.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button