Vuçiç Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycandan Serbiyaya qaz nəqli dayandırılmayacaq. Musavat.com xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq. Tezliklə Belqradda görməyi səbirsizliklə gözlədiyim Azərbaycan prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Serbiya prezidenti bir gün əvvəl demişdi ki, Azərbaycan Serbiyaya gündəlik 1,7 milyon kubmetr qaz nəqlinin dayandırılması barədə xəbərdarlıq edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button