WSJ: Aylardır İranda hakimiyyət dəyişikliyinə hazırlıq gedirdi

Qanunvericilər aylardır ABŞ Prezidenti Donald Trampa İranda hakimiyyətin güc yolu ilə dəyişdirilməsi üçün təzyiq göstərirdilər.
Polise.az xəbər verir ki, bu barədə bazar günü “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail Baş naziri Benyamin Netanyahu və respublikaçı qanunvericilər aylardır Donald Trampa İran hakimiyyətinin əvvəlkindən daha zəif olduğunu deyir, onu bu fürsətdən istifadə edib rejimin “başını kəsməyə” çağırırdılar.
WSJ-nin mənbələri qeyd ediblər ki, ABŞ liderində İranda hakimiyyətin zorla dəyişdirilməsi barədə fikir yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə hərbi əməliyyatdan sonra formalaşıb.
Polise.az



