WSJ:ABŞ İrandan zənginləşdirilmiş uranı çıxarmaq üçün əməliyyat hazırlayır

ABŞ prezidenti Donald Tramp İrandan zənginləşdirilmiş uran ehtiyatlarını çıxarmaq üçün hərbi əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir.
Polise.az Musavat.com xəbər verir ki, bu iddianı “The Wall Street Journal” qəzeti irəli sürüb. Qəzetin məlumatına görə, əgər həyata keçirilərsə, riskli və mürəkkəb bir missiya olacaq əməliyyat ABŞ quru qüvvələrinin bir neçə günlük müdaxiləsini əhatə edəcək.
Nəşr qeyd edir ki, Tramp ümumiyyətlə belə bir əməliyyat ideyasına açıqdır, lakin ABŞ ordusuna qarşı təhdidlərin səviyyəsini öyrənir. Amerika lideri hələlik yekun qərar verməyib.
Bundan əlavə, nəşr qeyd edir ki, ABŞ lideri müşavirlərinə münaqişəyə son qoymaq üçün İrana təxminən 1000 funt (təxminən 450 kq) zənginləşdirilmiş uranı könüllü olaraq təhvil verməsi üçün təzyiq göstərməyi tapşırıb.
Polise.az



