WUF13-də “Urban Expo” sərgisinin rəsmi açılışı oldu

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.
Onlar qırmızı lenti kəsərək sərginin rəsmi açılışını elan ediblər.

.jpg)
.jpg)



