Xətai rayonunda paytaxt sakini aşkarladığı silah-sursatı könüllü şəkildə polisə təhvil verib

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.
Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 “Makarov” markalı tapança, 3 daraq, 108 müxtəlif çaplı patron, 2 əl qumbarası və 5 alışqan (zapal) aşkarlayıb.
Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.
Polise.az



