Xaçmaz Mühafizə Şöbəsinin yeni inzibati binasının açılışı olub

Daxili İşlər Nazirliyinin Mətbuat  Xidmətinin Quba  regional qrupundan polise.az-a verilən məlumata görə, Xaçmaz rayon Mühafizə Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Tədbirdə Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı , Xaçmaz RPŞ-nin rəisi polis polkovnik-leytenantı Həmid Həsənov,  Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər rəsmi şəxslər  iştirak ediblər.

Məlumat verilib ki, 2 mərtəbəli inzibati binanın ən müasir standartlara uyğun olan bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, Növbətçi hissə və digər xidməti otaqlar istifadəyə verilib. Yeni tikilidə  54 yerlik akt zalı da var. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı çıxış edərək yeni inzibati binanın açılışının şəxsi heyətə əsl bayram hədiyyəsi olduğunu bildirib. O,  DİN rəhbərliyini əmin edib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları bundan sonra da xidmətdə ayıq-sayıq dayanacaq, rəhbərliyin yüksək diqqət və qayğısına öz layiqli fəaliyyətləri ilə cavab verəcəklər.

Sonra mərasim iştirakçıları binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zalına baxıblar.

Hamısını Göstər

Related Articles

Back to top button