Xaçmaz rayonunda narkomaniya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində 4 nömrəli tam orta məktəbdə “Gənclər narkotikə yox deyir” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Narkotikin insan həyatına və sağlamığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən digər qurumların nümayəndələri də ölkəmizin gələcəyi olan şagirdlərin sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.







