Xaçmaz sakini Siyəzəndə saxlanıldı

Siyəzəndə saxlanılan Xaçmaz sakinindən matamfetamin və marixuana aşkarlandı.

Siyəzən  Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata  görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini  Anar Əsədov  Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus  avtomobilinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana  aşkar edilərək gö türülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button