Xaçmaz sakinlərindən narkotik vasitələr aşkarlandı

Xaçmaz   Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Sərdar Şirinov və Elnur Mustafayev saxlanılıblar. Həmin şəxslərin  üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin və marixuana  aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button