Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən İsa Cəbiyev saxlanılıb.

Polise.az xəbər verir ki, ondan 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həyata keçirilən digər tədbir zamanı saxlanılan əvvəllər məhkum olunmuş Eyvaz Musayevdən isə 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron, həmçinin narkotik vasitə heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Saxlanılan hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button