Xaçmazda evi tərk edən COVID-19 xəstəsi saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan polise.az-a verilən məlumata görə, Xaçmaz rayonu Ağarəhimoba kənd sakini T.Bədəlovaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.
Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.Bədəlovanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış və o, təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana qaytarılıb.
Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.