Xaçmazda evlərdən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar

Xaçmaz  Rayon Polis Şöbəsinə müraciət edən bir neçə rayon sakini,  onlara məxsus evlərdən qapını sındırma yolu ilə, pul və qızıl zinət əşyalarınınoğurlanması  barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini  törətməkdə şübhəli bilinən rayon sakinləri Mövlud Bəşirov və Calal Səfərəliyev saxlanılıblar.

Həmin şəxslərin müxtəlif vaxtlarda rayon ərazisində olan evlərdən külli miqdarda pul, qızıl zinət və müxtəlif növ qiymətli əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button