Xaçmazda karantin qaydalarını pozan sürücü məsuliyyətə cəlb olundu
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi
karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların ərazilərində həftə sonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Təəsüflər olsun ki, hələ də qayda pozuntusuna yol verən şəxslər var.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Polise.az”a bildirilib ki, karantin qaydalarını pozaraq bu qanunsuz fəaliyyətlə məşğul olan Xaçmaz rayon sakini Asif Əskərov idarə etdiyi “Qazel” markalı mikroavtobusla sərnişin aparan zaman rayon ərasizində Xacmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən sürücü ilə izahedici söhbətlər aparılıb və
törətdiyi qayda pozuntusu barədə məlumat verilib.
Karantin qaydalarını pozan A.Əskərov və mikroavtobusla olan 8 sərnişin
barəsində qanunauyğun tədbirlər görülüb.