Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar

Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 9 nömrəli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik leytenantı  Həmid Həsənov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Narkotikin insan həyatına və sağlamığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin, çıxış edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis polkovnik leytenantı  Kamran Bayramov da  narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu vurğulayıb. Daha sonra narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarx nümayiş etdirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button