Xaçmazda qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində cəza tədbirləri görülüb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən rayon ərazisində küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı tədbir keçirilib.


Keçirilən tədbir zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Həmin  vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button