Xalid Teymur Əkrəm: Azərbaycan beynəlxalq nüfuzunu gücləndirir
Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) daxil olması ölkənin iqtisadi və diplomatik sahələrdə beynəlxalq nüfuzunun artmasını əks etdirir və digər dövlətlərlə konstruktiv qarşılıqlı əlaqələr qurmağa çalışdığını nümayiş etdirir.
Bu barədə “Report”a beynəlxalq münasibətlər üzrə pakistanlı analitik Xalid Teymur Əkrəm bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan bu gün xüsusilə neft ehtiyatları sayəsində sürətli iqtisadi artım üçün əhəmiyyətli potensiala malik regional fövqəldövlətdir: “Azərbaycan infrastrukturun, texnologiyaların inkişafına və ticarətin şaxələndirilməsinə investisiyaları D-8-in iştirakçı ölkələrin iqtisadi əməkdaşlığının gücləndirilməsinə və davamlı inkişafının təmin edilməsinə yönəlmiş məqsədlərinə tam uyğun gələn möhkəm təməl yaradıb”.
X.Əkrəm vurğulayıb ki, Azərbaycan Avropa və Asiyanın qovşağında strateji mövqeyi, həmçinin güclü enerji sektoru ilə dəstəklənən dinamik inkişaf edən qeyri-neft iqtisadiyyatı sayəsində qlobal səviyyədə iqtisadi əməkdaşlıq üçün ideal katalizator rolunu oynayır.
“Azərbaycan bu gün sadəcə regional oyunçu deyil, həm də beynəlxalq arenada iqtisadi və siyasi diskursa təsir göstərə bilən yeni qlobal aktordur. Onun D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulması ölkədə baş verən dərin transformasiyaları əks etdirir və inkişafa strateji yanaşmasından xəbər verir.
Bu addım tərəfdaşlıq üçün yeni üfüqlər açır, Azərbaycanın qlobal liderlik mövqelərini möhkəmləndirir və onun daha qarşılıqlı əlaqəli və inkişaf edən dünyaya sərmayə qoymaq istəyini təsdiqləyir”, – o bildirib.
Polise.az