Xamenei ilk dəfə etirazçılara müraciət etdi

İranın ali rəhbəri Əli Xamenei ölkədə baş verən etirazlar fonunda gənclərə müraciət edərək onları birlik və hazırlığa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“Tehran və digər bölgələrdə bir qrup vandallar ölkəyə aid binaları dağıdıb. Vandallar binanı və ya divarı dağıdaraq xarici dövlət liderlərinin açıqlamalarına uyğun hərəkət etdiklərini göstərməyə çalışıblar. Bəzi şəxslər ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən “Əgər İran hökuməti belə etsə, mən sizin tərəfinizdə olacağam” kimi əsassız açıqlamalara ümidlərini bağlayıblar. İranın gəncləri, birlik və hazırlığı qoruyun. Bir millət birlikdə olduqda hər hansı düşməni dəf edə bilər”,- Əli Xamenei vurğulayıb.
O əlavə edib ki, etirazçılar ölkəyə zərər verənlərin tərəfindədir və ümidlərini xarici liderlərə bağlayıblar:
“Əgər o bacarırsa, getsin öz ölkəsini idarə etsin! Öz ölkəsində müxtəlif hadisələr baş verir”.
Polise.az



