Xameneinin qətli ilə bağlı ŞOK DETAL – Həmin gün səhər saatlarında…

ABŞ və İsrailin kəşfiyyat orqanları aylarla İranın ali dini lideri Ayətullah Əli Xamenei üzərində gizli müşahidə aparıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, əməliyyat üçün uyğun məqamın seçilməsi məqsədilə onun gündəlik hərəkətləri, görüşləri, kommunikasiya üsulları və hücum təhlükəsi yaranacağı halda haraya çəkilə biləcəyi diqqətlə izlənilib. Bu prosesdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi – Central Intelligence Agency də daxil olmaqla bir neçə kəşfiyyat qurumu iştirak edib.

Məlumata görə, kəşfiyyat xidmətləri eyni zamanda İranın yüksək səviyyəli siyasi və hərbi rəhbərlərini də izləyib. Adətən ölkənin ali rəhbəri ilə digər yüksək vəzifəli şəxslər eyni yerdə toplaşmır. Lakin son günlərdə əldə olunan məlumatlara əsasən, İranın bir sıra yüksək rütbəli rəsmiləri Tehranda yerləşən ayətullahın ofisi, prezident administrasiyası və milli təhlükəsizlik strukturlarının yerləşdiyi kompleksdə görüşlər planlaşdırıb.

İddialara görə, həmin gün səhər saatlarında keçirilən görüş İsrail və ABŞ üçün əməliyyat imkanı yaradıb. Mənbələrin bildirdiyinə görə, ilkin plan gecə hücumu olsa da, vəziyyət dəyişdirilərək gündüz saatlarında zərbə endirilməsi qərarı verilib. İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir pilotlara göndərdiyi mesajda əməliyyatın başlandığını və hədəflərin vurulmasına icazə verildiyini bildirib.

Məlumata görə, səhər saatlarında İsrail hərbi təyyarələri Tehrandakı kompleksə dəqiq idarə olunan sursatlar və uzaqmənzilli raketlərlə zərbələr endirib. ABŞ və İsrailin koordinasiyalı şəkildə həyata keçirdiyi hücum zamanı kompleksdə yerləşən üç müxtəlif məkan eyni vaxtda vurulub.

Bir neçə saat sonra ABŞ prezidenti Donald Trump sosial şəbəkədə etdiyi paylaşımda Xameneinin öldürüldüyünü açıqlayıb. O bildirib ki, yüksək texnoloji izləmə və kəşfiyyat sistemləri sayəsində hədəfin qaçması mümkün olmayıb.

Məlumata görə, hücum zamanı İranın bir sıra yüksək vəzifəli şəxsləri də həmin kompleksdə olub. Onların arasında müdafiə naziri Aziz Nasirzadeh, Hərbi Şuranın rəhbəri Ali Shamkhani, kəşfiyyat nazirinin müavini Mohammad Shirazi, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Mohammad Pakpour və korpusun aerokosmik qüvvələrinin komandanı Seyyed Majid Mousavi də var idi.

Mənbələr bildirir ki, İranın ən yüksək səviyyəli rəhbərliyinin həmin vaxt eyni kompleksdə toplanmasının səbəbi hələ də tam aydın deyil. Bu isə bölgədə ABŞ-ın hərbi gücünü artırdığı və İranı hədəfə ala biləcəyi barədə xəbərdarlıqların səsləndiyi bir dövrdə baş verib.

İsrailli hərbi mənbələr bildirir ki, ölkə kəşfiyyatı rəqib dövlətlərin liderlərini müxtəlif yollarla daim izləyir, lakin bu cür əməliyyatlar üçün əlavə və çox dəqiq məlumatların birləşdirilməsi tələb olunur.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button