Xameneyi ABŞ-nin şərtlərini rədd etdi: Boyun əyməyəcəyik

“ABŞ-nin İranla danışıqlar zamanı Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün irəli sürdüyü şərtlər İslam Respublikasının əsas prinsiplərinə ziddir”.
Teleqraf xəbər verir ki, bunu İranın ali dini rəhbəri Əli Xameneyi bildirib.
“Bizim maraqlarımızı qoruyan əsas prinsip “bacarırıq” prinsipidir. Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqlarının son raundunda ABŞ-nin irəli sürdüyü bütün təkliflər bu prinsipə 100 faiz ziddir”, – İranın dini rəhbəri qeyd edib.
Əli Xameneyi İranın öz düşmənlərinə boyun əyməyəcəyini iddia edib.
Həmçinin o əlavə edib ki, uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız hala salacaq və ölkəsini digər ölkələrdən asılı vəziyyətə salacaq.
“Uranı zənginləşdirmək imkanı olmadan nüvə sənayesi faydasızdır. Çünki belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün əlimizi yanımıza salıb dayanmalı olacağıq. Bu, sizdə neftin olması, amma onu öz ərazinizdə emal etmək imkanına malik olmamağınızla müqayisə oluna bilər. Neftiniz var, amma benzini başqalarından almalısınız”.
Polise.az