Xankəndi Fransanın koloniyası, Azərbaycan Mali deyil

Heyrət etməyə bilmirsən. Beşinci respublikanın yaradıcıları kimi tarixə düşmüş bir ölkə dılğır ermənilərin məskunlaşdığı gözəlim Xankəndinin ümidinə qalıb.

Kimdir, axı bu ermənilər ki, Fransadan durub min kilometrlərlə yol qət edib onların görüşünə gələsən? Bu ermənilər Azərbaycanın ərazilərində qalıb-qalmayacaqlarını heç özləri də bilmirlər, amma bir fransız gəlib onların qoltuğuna girir, şəkil çəkdirir, qəbir ziyarətinə gedir. Fransadakı erməni seçici bundan çoxmu mütəəssir oldu, nə dəyişdi ki? Axmaqlıqdır, bunu adı.

Bundan əvvəl bir namizəd də gəlmişdi İrəvana. O da Ağrı dağının fonunda foto paylaşıb, bir az Türkiyəyə tərəf hürüb geri qayıtdı. Görünür, bu kişi adındakı qadın özünü daha cəsarətli göstərmək üçün sərhədlərimizi qeyri-qanuni keçib Xankəndinə gəlməyə qərar verib. İndi nə oldu, ermənilərin əlinə beş-on fotodan, içi boş vəddən başqa nə keçdi ki? Araikin sarsaq dəstəsi bu kimi səfərlərin nəticəsinin onların başında çatlayacağını düşünəcək halda deyillər. İndi onlar saman çöpünü belə ağır kötük hesab edib ondan yapışırlar. Amma heç nə daha əvvəlki kimi deyil. Torpağımızda məskunlaşmış bir ovuc toplum daha heç nəyi həll etmir, daha heç nə onların arzuladığı kimi heç vaxt olmayacaq.

Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər etdi - FOTO | KONKRET

Əllərini indi kimə gəldi uzadırlar, qadınları Rusiya əsgərinin altına yıxılmağa hazırdırlar, kişiləri isə bir fransız qadından mədət umacaq qədər aşağılanırlar. Millətin yapısı bu, bunlar giya nəyin səbəbinə Amerikada, Fransada lobbilər qurublar ki? Aşağılanaraq, hər yerdə təzim edərək…

Fransa prezidentliyinə namizəd olmaq istəyən qadına təzimin mənası isə həm budur: “Bəlkə də qaytardılar…” Qayıdan isə ancaq bizə atdıqları daş olacaq. Yenə bu xəyanət çetesi Azəbaycana düşmənçilik içindədirlər. Bunlar cavabsız qalmayacaq. Görmürlərmi, gedən prosesi? Bu qədər də korazehin ola bilməzlər fransız namizədlər. Bölgədə geridönməz, durdurulması çətin proseslər başlayıb, bunlar isə hələ də “müstəqil artsax” arzusunda olanların başını sığallayır, onlara yalan ümidlər verirlər. Xankəndinə gəlmiş Valeri üçün ermənilər bir alətdir, insturumentdir. Istifadə edib, oynayıb sonra kənara tullayacaqlar. Ermənilərin taleyi bu…

Untitled-2.jpg (236 KB)

Bizim isə əlbəttə ki, xətrimizə dəyir, bu oyunun qanuni ərazilərimizdə baş verməsinə qarşıyıq. Ermənistana lap Makron babası, qayınatası ilə gəlsin, kimlə istəyir görüşsün. Amma bu prezident-namizəd oyununu Qarabağ ərazisinə keçirirlərsə, buna imkan vermək olmaz.

Valeri XİN-in “qara siyahı” sına düşdü, Fransa isə Bakıdan nota aldı. Əllərinə bundan başqa nə verəcəkdilər ki?

Bu günlərdə “İzvestiya” qəzetinin saytında Rusiya sülhməramlıları ilə bağlı bir süjet vardı. Laçın dəhlizindən keçən avtomobilləri necə yoxlamaları barədə. Laçın koridorundan keçib Qarabağ ərazisinə gələn avtomobildə nə yoxlanılmalıdır? Əvvəla, sənəd. Yəni Xankəndinə kim gedir, niyə gedir, buna baxılmalıdır. Yoxlayırdılar, axtarırdılar… Mənim anlamadığım bir məqam var. Bu erməni pasportunu rusiyalı əsgər necə oxuyur, necə bilir ki, bu xaçikin məsələn, doğum yeri haradır, qeydiyyatı hara? Amma xarici pasportu tanımaq asandır, Valeri saxta sənədlə Laçından keçməybsə, onu anında fiksə etmək mümkündür . O halda, soruşmalıdırlar ki, Xankəndinə nəyə gedir, hanı müvafiq icazəsi? Bunu etmirlərsə, demək “İzvestiya” nın məlum reportajı, guya maşınları baqajına kimi axtarmaları şirmadır, yalandır, gözə kül üfürmək cəhdidir.

358ac25a-1c40-43ea-8550-d8f92f160a02.jpg (383 KB)

Xankəndi beşinci respublikanın koloniyası, Azərbaycan isə Əlcəzair və ya Mali deyil. Fransa tarixində təəssüf ki, qara ləkələr çoxdur, buna görə nə vaxtsa beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Azərbaycana hansısa Afrika ölkəsi münasibəti göstərmək, Xankəndini “özününkü” bilib özbaşına oraya getmək Fransa dövlətinin adına əslində utancverici olaydır. Fransanın bizə qarşı ayıbı ilk deyil, güman ki, son da olmayacaq. Bunlar nota ilə ağıllanacaq deyillər. Bizim isə daha ağıllı, daha sərt diplomatiya yürütməmiz lazım. O notanın da birini Rusiyaya vermək lazımdır. Rusiya əsgəri bunu özbaşına edəcək qədər ağlını itirməyib. Ona nə əmr gəlirsə, onu da icra efir.

Putinlə Makronun Qarabağda bağlı “yeni təşəbbüslər”i nələrdi… - ŞƏRH - Modern.Az Azərbaycan və dünya xəbərləri

Makaron son bir ayda iki dəfə Putinlə Qarabağdan danışıb, Brüsseldə iki ölkə rəhbəri ilə qeyri-formal görüşüb. Bilmək olmaz, bəlkə də Qarabağa gəlmək üçün o da Putinə “yol axtarır”. Bunu da öyrənməmiz, əngəlləməmiz lazım…

Hamısını Göstər

Related Articles

Back to top button