Xankəndində Azərbaycan bayrağı asılacaq – Ermənilər şokda
Xankəndindəki “dövlət binaları”na Azərbaycan bayraqları asılacaq.
Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Məlumatda Xankəndində Azərbaycan bayraqlarının asılacağı, separatçı rejimin “müdafiə ordusu”nun ləğv olunacağı iddia edilib.
İddia Qarabağdakı separatçılar arasında təşvişə səbəb olub.
Xankəndindəki separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəzi media orqanları və sosial şəbəkələrdə yayılmış belə məlumatlarla tanış olduğunu bildirib.
Separatçı ordunun generalı yayılan informasiyanın həqiqəti əks etdirmədiyini iddia edib.



