Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir – VİDEO/FOTO

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.

Məlumata görə, polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.

 

Polise.az 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button