Xankəndində qazın verilişi dayandırılıb
Hazırda Qarabağın separatçıların yerləşdiyi hissələrində qazın verilişi dayandırılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir. Qeyd olunur ki, qazın verilişi martın 8-nə keçən gecə, saat 01:00 radələrində dayandırılıb.
Xatırladaq ki, 2021-ci ilin yayında separatçılar Qarabağda içməli su qıtlığının olmasını bəyan etmişdilər. Region ekoloji fəlakət astanasında idi. Həmçinin Qarabağın erməni əhalisi mobil rabitənin sistematik kəsilməsindən şikayətlənib.