Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254,4 milyon manat investisiya qoyulub.

Polise.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,5 % çoxdur.

Məlumata görə, bunun 33,1 %-i və ya 747,332 milyon manatı Füzuli rayonuna (illik müqayisədə 35,8 % çox), 27,8 %-i və ya 626,67 milyon manatı Şuşa rayonuna (11,4 % az), 26,2 %-i və ya 589,564 milyon manatı Ağdam rayonuna (85,6 % çox) yönəldilib.

Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,613 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,647 milyon manata, Xocalı rayonuna 20,8 dəfə aratarq 5,304 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,088 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,151 milyon manata çatıb, Ağdərə rayonuna sərmayə ayrılmayıb, Xankəndi şəhərinə isə ilk dəfə 31,5 min manat sərmayə qoyulub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button