Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir.
“…O qutuya atdığım bülleten,sadəcə
olaraq bülleten deyildi.Bu,erməni
separatçılarının tabutuna vurulan
son mismar idi ”
İlham Əliyev
(Şuşa ili bağlı essevari yazı)
Bir neçə il öncə Şuşada ekofəlların,vətəndaş cəmiyyəti-QHT və KİV təmsilçilərinin
təbii sərvətlərimizin talan edilməsinə qarşı birgə keçirilən dinc
etiraz aksiyası fasilə vermədən aylarla davam etdi.Sədası dünya ölkələrini də
bürüdü.Mənə də, QHT sədri kimi iki gün həmin aksiyada iştirak etmək nəsib
oldu. Transmilli mütəşəkkil cinayətkarlığın bu növü “Sülhməramsızları”n gözü
qarşısında baş verdiyindən onlar da, bu cinayətlərin bilavasitə iştirakçısı
sayılırlar.Azərbaycan sərvətinin Transmilli mütəşəkkil bir dəstə tərəfindən
qəsdən talanması hallarına qarşı “dur”,-deyən olmadı.Qarşı tərəfə açıq-aşkar
yardım və havadarlıq göstərilsə də, etiraz aksiyasının nəticəsi oldu…
Bəşəriyyət bir səma altında və bir planetdə yaşayırsa, bu planeti bəşəriyyət də,
xilas etməlidir.İnsandan dəyərli, maraqlı,lakin mürəkkəb davranışa malik bir sosial
varlıq yoxdur.
Nə etmək ki, dinc məqsədlərlə yaşamaq uğrunda çalışan yer kürəsinin 7
milyarddan çox əhalisinin zəhməti batır,dığırlanıb quyunun dibinə düşür.Tanrı
insanı yüksək dəyərlərə malik bi biçimdə yaradıb.Təəssüflər olsun ki,70 min əvvəl
Homo sapiens-in(ziyalı varığın) təfəkkür qabiliyyətində baş verdiyi müəmmalı
dəyişikliklər onu yer kürəsinin canişininə və ağasına çevridiyi haqq sahibi
ekosistemə də, bəla oldu, narkomanlığa qurşandı, terrorçuluğa meyl etdi, insan
alverinin təşkilatcısına və qurbanına çevrildi, quldurluq etdi, vətəndaşların və
dövlətin əmlakını talamaqla məşğul oldu,… qətllər törədir, qarətlə məşğul olur,
rüşvətxorluq edir və son illər müharibəyə yox demək əvəzinə müharibni təşviq
edir.Yəni ümumi maraqdan uzaq durur,yalnız özünü düşünür və.s.
Həyatı bəzəyən insan(ın) əməlidir.İnsan öz əməlinin girovuna uyğun şəxsiyyət
kimi formalaşır və özünü ünsiyyətcil-kommunikativ davranışları ilə
təsdiqləyir.Bu baxımdan hər bir fərd öz dövrünü yaşayır. İnsan dövrdən, dövr də
insandan başlayır,-deyərdim.
Dövlətinə mənsub olan,onunla siyasi və hüquqi bağlılığı olan vətəndaş
“Kolye“kimi dövlətin boynundan asılı qalmamalı ,çalışmalıdır.Necə deyərlər,hər
şeyi dövlətdən tələb edənlərə, Dövlətin də bir sualı ola bilər:”Siz dövlət üçün nə
etmisiniz?”…
Tanrı xəlq etdiyi hər kəsə çəkisinə uyğun güc verir. O güc ilə də, yaşamağa
məhkumdur.Başqasının gücünə möhtac olduqda yarı yolda qalar. Gedəcək
mənzil uzaqdırsa, lap pis.
Xəyala daldığım boş vaxtlarımın birində bəzən uçan quşlar diqqətimi çəkir.
Quşlar da, rahat budaq, yer gəzib axtarır. Həvəslənib mən də,rahat yer axtarmaq
üçün qanad istəyirəm. Cidir düzündən baxanda mənə uçmaq çox rahat
görünürdü…
1992-ci ilin may ayının 8-də geriyə Şuşasız qayıtdıq.Şuşaya “Salamat qal “,-
deməyə dilimiz gəlmədi. Topa qara buludlar Şuşanı zəbt etmişdi. O dağ- daşı,
çiçəkli yamacları, buz bulaqları özümüzlə apara bilmədik. Nə vaxtsa
görüşəcəyimizə heç ümid də,qalmamışdı…
Uzun illər ot basmış doğma cığırlar da ,yad ayaqları altında çox zarıdı,səsini
eşidən olmadı… Şuşa Şəhid olmuşdu!
Həyatda Allahın ağıl sahibləri üçün əxz etdiyi ibrətamiz hikmət nişanələri
çoxdur.Bəzən dam örtüklərindən axan damcıların daşı tələsmədən necə dəldiyini
görəndə heyrət etməmək olmur. Adi baxışda aciz görünən damcılar yaşamaq
üçün necə mübarizə apardığına heyran qalırsan.
Qayaların oyuq-oyuq olduğunu uşaq çağlarımda doğulduğum və boya – başa
çatdığım kəndimizin təbiətində seyr etdiklərimi indi, Şuşanın qəribsəmiş dağlarında
gördüm. Saf damcıların içində sezilməyən bir güc varmış…
Buludların da, iri futbol kosu kimi birləşib iti sürətlə göydə qovulduğuna şahidlik
etdim. “Görən buludların çəkisi varmı”,-sualın cavabını da,sonralar anladım. Sən
demə, pənbə buludların çəkisi yerə enən yağmurun çəkisi qədərmiş.
İlahi kəlamlardan oxumuşdum ki,canlı və cansız aləmin içində bir vulkan olur.
Çəyirdəyin içindəki tum püskürməsə torpağı çatladıb üzü səmaya doğru baş
qaldıra bilməz. Torpaqda yatmış toxumun vulkan tək püskürməsi İlahi
zərurətdən baş verir . Çürük tumlara bu cəhət xas deyil.
Şuşanın qisasını almaq üçün düşmənə qarşı bir qəzəb və nifrət vülkanı
püskərməliydi.O nə gec,nə də tez ,2020-ci lin 8 noyabrında-zəfər günündə baş
verməliydi .İlahi qədərdə belə yazılıbmış!
Torpağa basdırıb ehtiyatda saxladığımız qəzəbin çoşması ilə zəfərin əldə
edilməsi 44 gün çəkdi.Şəhidlik zirvəsində adları həkk olunan gənclərimizin
əksəriyyəti həyatdan nakam getsələr də,Vətən sevgisinin himnini öz qanları ilə
torpağa yazdılar.Gördüyümüz zülmün kötəyi ilə fironlara qənim olduq …
Rəbbimiz dağları yer yırğalanmasın,müvazinətini qoruyub saxlaya bilsin,- deyə
torpaq səthinə döşəyib. Vaxt –vədə yetişəndə yerin altı üstünə çevriləcək. Qabarıb
içində nə varsa çölə atılacaq.Necə deyərlər,çəkdiyi uzun “hamiləlik” sancısından
azad olacaq.
Dəmirin dəmir canı, taxtanın da,taxta canı olur. Dəmirin dəmirçinin körüyündə
necə yumşalıb gözləmədiyi şəklə düşməsi, taxtanın da,ustanın əlində aciz
görkəmdə qalıb insana “ram” olması möcüzə deyilmi? Dəmir və taxtanı da… hər
şeyi insan üçün ram edən ODUR! Yetər ki, ağılla və müdrüklüklə istifadə olunsun.
Müasir dünya yaman cansıxıcı və darıxdırıcıdır. Niyəsini bilmirəm. Bəzən yaxın
sandığım, ərk etdiyim, ürək bağladığım insanlarla təmasda olsam belə, əhvalım
açılmır. Üsyan etməyin də,faydası yox. Dövran hər tərəfdən kardioloqun təzyiq
ölçən aparatından betər adamı sıxır. Düşüncələrim tüksüz“ətcəbala” quş balaları
kimi yuvalarında ağzını açıb “yem” gözləyir. Qanadı olmasa da,pərvazlanmaq
istəyi onu yuvarladıb yerə salır.Nə edəcəkdi ki? Qiyam qoparmağa taqəti,
yaradılışa asi olmağa tabı ki,yoxdur.
Zamanın böyüdücü şüşəsi ilə dünyaya baxanda nəyisə sübut etməyə ehtiyac
qalmır.Onsuz da,hər şey aydın görünür.Sifəti bülövlənmiş dünyanın bizimlə üz-
üzə durmağa üzü yoxdur. Əlimizdən batmanla aldığı haqqı indi xəlbirlə,qram-qram
qaytarır.
Şəhidlərin,qazilərin və müharibə iştirakçılarının qəhrəmanlıq səlnaməsi başımızı
“Ərşi Əlaya” ucaltdı…Onlar gələcək nəslə örnək olan çox şey qoydular.Şuşada
günlərlə davam edən və dünyaya görk olacaq dinc aksiya VƏTƏNSEVƏRLƏRİN
qürurverici davranışlarının canlı təzahürü idi.Milli mənliyimizin və birliyimizin əsil
RENESSANS-yenidən doğulma dövrü tək başlayıb, davam etdi.Xalq-ordu,polis və
vətəndaş cəmiyyəti “ÇUBUQ DƏSTƏSİ”(Tək çubuq zəifdir,sındırmaq asandır.) kimi
birləşib ağrı-acılara məlhəm qoyuldu.Mən də ,o dinc aksiyanın iştirakçısı olanda
çox şey gördüm.Bizim qəhrəman övladlarımız çoxmuş,çox! Tanrı hər birini
qorusun!
Zaman olub Bayrağımız çadırlarda sancılıb.Təbiətin şıltaqlığından dəlik-dəlik
olmuş Bayrağımız elə o çadırlara bənzəyərdi. Xəcalət təri bizi çox üzürdü
,usandırırdı. O çadırlarda igidlər böyüyürmüş, anlamamışıq. Bayraq sancılan o
çadırlar gələcək döyüşçü- igidlərimizin mənzil- qərargahı imiş.Orada 2020-ci ilin
qəhrəmanları Mübarizlər, Poladlar, ƏRTOĞRULLAR ərsəyə gəldi. Bakı küləyi
Bayraqları dalğalandırdıqca igidlərin barıt qoxulu nəfəsi havada şimşəyə dönüb
vaxtını-vədəsini gözləyirmiş. Çadırlardan zamanın boz üzünə baxan
yeniyetmələr sonra zamana “ağ” oldular. Daha yalan vədlərə inanmadıq.
Əzabımız uzun oldu, haqqın və ədalətin əsl yozumu isə olmadı. Param-parça,
dəlik-dəlik olmuş Bayrağımız Şuşada, Xankəndidə, Kəlbəcərdə, Qubadlıda,
Füzulidə… qaldırıldı, şəhid olmuş qəhrəmanlarımıza bələndi…
“Şuşa ,biz səni dirçəldəcəyik”,-zərb məsəli həqiqət oldu.Şəhid olmuş Şəhər- Şuşa
“Qəhraman” şəhərə çevrildi. Qəhraman igidlərin qəhramanlığı və iradəsi ilə Şuşa
azad oldu. Xarıbülbül Azərbaycan ordusunun ,şəhid əsgərlərimizin xatirəsinin
zəfər simvoluna çevrildi…
Şuşa azad ediləndən sonra nələr çəkdiyini anladıq. Uzun illər övladları əyilib buz
bulaqlarından su içə bilmirdi. Hər dəfə payız, qış gəlib gedəndən sonra, bahar o
dağlarda açılmağa xəcalət çəkər, küləklər də, orada yorğun –yorğun dolanardı .
Yamaclarda açılan çiçəklərin solğun ləçəklərinin də,gözəlliyi qalmazdı. Şuşanı
30 il tənha qoyduq, əhvalını tutammadıq. Bu döyüşün də,zamana ehtiyacı
varmış ,maqamı çatmalıymış. Cəsarətlərinə qurban ,Şuşanı nəfəslərilə qızdıra
bildilər,qanları ilə tarix yazdılar. Vətənə olan məhəbbət və sədaqət Şuşaya
aparan sərt qayalardakı çətin ,keçilməz yolu bir qarışlıq etdi. O izə necə
düşdülər? Həmin anlar indi “QƏHRƏMANLIQ” dastanı tək ölkələr tərəfindən
öyrənilir və təcrübə edilir…
Qalibləri Şuşaya aparan cığır indi Zəfər yoluna çevrilib, o günlərin döyüş səhnəsi
bir nağıla dönüb. Həmin o ölüm-dirim anlarında dağlar da,övladlarımıza xəsislik
etmədi. Şaxtalı gecələrdə döyüşçülərimizin qəlblərindəki “ Şuşa ocağı” soyuğu
ram etdi.Ocağın şöləsi ünvanı olduğu kimi göstərdi…
Haşiyə çıxıram:Müasir Polşa millətçiliyin atası,pomantik şair Adam Mitskeviç
yaşadığı dövrdə Polşanı”millətlərin İsa Məsihi”si adlandırmışdı. Polşanın Rusiya,
Prussiya və Avstriya tərəfindən bölünməsindən onilliklər keçdi. 1830-cu ildə
polyakların azadlıq üsyanı ruslar tərəfindən qəddarlıqla yatırıldıqdan sonra
Adam Mitskeviç bir əsərində yazırdı:Polşanın dəhşətli əzablara tab gətirməsi,
Məsihin fədakarlığı ilə müqayisə ediləcək həddə, bütün bəşəriyyətin
fədakarlığıdır və qətlə yetirilən Polşa da, Məsiha kimi qayıdıb diriləcək! Məşhur
parçada Mitskeviç ürək ağrısı ilə davam edir: Polşa üzünü Avropa xalqlarına
tutaraq deyir” Kim yanıma gəlsə ,azad və bərabər olacaq, çünki mən
AZADLIĞAM, AZADAM”. Lakin krallar bunu eşidəndə -AZADLIQ sözündən
vahiməyə qapıldıqları üçün polyak xalqını çarmıxa çəkdilər, sonra tabuta
qoyaraq qışqırdılar:”Biz AZADLIĞI öldürdük və artıq dəfn etdik”. Amma bu
axmaqların qışqırtısı elə havada qaldı. Polşa və Polşa xalqı ölməmişdi …
Polyakların həyatı Şuşalıların, Xocalıların, Kəlbəcərlilərin, Qubadlıların,
Zəngilanlıların… həyatı qədər faciəli olub. İndi azad olunmuş ərazilərdə həyat
əvvəlki məcrasına qayıdır…
Şükür Allaha ,Şuşada doğma addımların səsi gəldi. Cıdır düzündə cəngi düzüldü.
Üzeyir bəyin, Vaqifin , Bülbülün , Xan Qızının tunc heykəlləri o torpaqda “bitdi”.
Könül rahatlığımız başlandı. Dərdimizi, səsimizi küləklərə ötürdük. Şuşa
qəhraman şəhərə çevrilib “günahlarımızdan “keçdi. Üşüyən ürəklər Şuşada
qızındı. Sorulanlara cavab tapıldı, yaxşını- yamanla tutuşdura bildik.Dostumuzu
və düşmənimizi gec də olsa gördük , tanıdıq!
Cıdır düzü indiki kimi müqəddəsləşməmişdi,ucalmamışdı. Nə yaxşı ki, yolunda
canlarını fəda edənlər oldu…
“İradə olmazsa,çıxış yolu da,tapılmaz”,-müdrik kəlamın gücünü gördük !
ŞƏMSƏDDİN MƏNSUROĞLU
Şuşa. 20 dekabr 2022-ci il