Xarici səyyahlar Ağdam şəhərində olub – FOTO

Dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan – MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Ağdam şəhərində olub.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, nümayəndə heyəti ilk olaraq Ağdam şəhərinin dağıntıları ilə tanış olub. Daha sonra Ağdam Şəhidlər xiyabanı ziyarət edilib.

Daha sonra səyyahlar Ağdam Dövlət Dram Teatrının binanın qalıqlarına tamaşa ediblər. Onlara Ağdam şəhərinin işğaldan əvvəl çəkilmiş fotoları göstərilib.

Səyyahlar Ağdam “Cümə” məscidini ziyarət edib. Onlara məlumat verilib ki, Ağdam şəhəri işğalda olduğu müddətdə ermənilər məsçiddə heyvan saxlayıb. Vətən müharibəsindən sonra məsçid yenidən bərpa olunaraq istifadəyə verilib.

Beynəlxalq səyyahların bu günə olan səfər proqramı başa çatıb. Onlar sabah Şərqi Zəngəzura səfər edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button