Xarkovda hərbi hissəyə daxil olmaq istəyən Rusiyanın kəşfiyyat qrupu ələ keçirilib – FOTO

Ukraynanın Milli Qvardiyası Xarkov şəhərində hərbi hissələrdən birinin ərazisinə daxil olmağa çalışan Rusiyanın kəşfiyyat qrupunu ələ keçirib.

Bu barədə Milli Qvardiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, onların əllərində atıcı silahlar, snayper tüfəngləri, havadan atəş açmaq üçün pilotsuz təyyarələr, əl və tüstü qumbaraları, patronlar, taktiki avadanlıqlar, pul və sənədlər olub.

Kəşfiyyatçılarda o cümlədən Rusiyanın Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd – 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı olub.

Hamısını Göstər

Related Articles

Back to top button