Xarkovun mərkəzinə raket hücumu olub, xəsarət alanlar var

Yanvarın 16-da axşam saatlarında Xarkov şəhərinə növbəti dəfə hava hücumu edilib.

AZƏRTAC xəbər verir ki, Xarkova hücumu şəhərin meri İqor Terexov və Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinegubov təsdiqləyiblər.

“Xarkov raket hücumuna məruz qalıb. Şəhərdə partlayış səsləri eşidilib”, – deyə Terexov yazıb.

Terexovun sözlərinə görə, Xarkovun mərkəzi hədəfə alınıb. Artıq hadisə yerinə lazımi xidmətlər göndərilir.

“Məhz hərbi infrastrukturun olmadığı, daha doğrusu yaşayış binalarının olduğu yerlərə hücumlar edilib. Yaralılar barədə məlumat var”, – deyə Terexov bildirib.

Oleq Sinegubov isə bildirib ki, Rusiya iki raketlə hücuma keçib: “Təəssüf ki, mülki yaşayış infrastrukturuna ziyan dəyib və 4 mülki şəxs yaralanıb. Təcili yardım xidmətləri işlərini davam etdirir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button