Xidmət rəisi: Uşaq əməyinə görə məsuliyyət sərtləşdiriləcək

Dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb.
Polise.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9 300 AZN məbləğində inzibati cərimə tətbiq edilib.
“Eyni zamanda ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb. Bununla yanaşı, uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri hazırlanaraq Nazirliyə təqdim edilib”, – o qeyd edib
Polise.az



