XIII Qlobal Bakı Forumu çərçivəsində “BMT 80+” mövzusunda panel keçirildi

XIII Qlobal Bakı Forumu çərçivəsində “BMT 80+” mövzusunda panel keçirilib.
Polise.az Teleqraf -a istinaən xəbər verir ki, müzakirələrdə BMT-də islahatlar və təşkilatın qlobal idarəetmədə rolu diqqət mərkəzində olub.
Paneldə çıxış edən BMT Baş Assambleyasının 62-ci sessiyasının Prezidenti Srdcan Kerim bildirib ki, dəyişikliklər yalnız Təhlükəsizlik Şurasında təmsilçiliklə məhdudlaşmamalıdır:
“BMT-nin agentlikləri və proqramları vahid çoxtərəfli missiya çərçivəsində daha koordinasiyalı fəaliyyət göstərməlidir”.
O, həmçinin maliyyə şəffaflığı və kollektiv hesabatlılığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Paneldə çıxış edən BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti Miroslav Laycak isə BMT-yə yönələn tənqidlərin çox vaxt ədalətsiz olduğunu deyib:
Təşkilat müstəqil qlobal hökumət deyil və onun effektivliyi üzv dövlətlərin siyasi iradəsi və dəstəyindən asılıdır. BMT-nin güc arxitekturası yenilənməli və qlobal Cənubun səsi daha güclü eşidilməlidir”.
Polise.az



