XİN Braziliya və Əfqanıstana başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
Polise.az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım edilib.
“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi.
Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – XİN qeyd edib.
***
Azərbaycan Braziliyaya başsağlığı verib.
Polise.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində paylaşım edib.
“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – paylaşımda deyilir.
Polise.az