XİN: Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır XARİCİ SİYASƏT

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Polise.az  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini geri çağırılması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib:

“Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır”.

Qeyd edək ki, Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button