XİN-in idarə rəisi həbs edildi

Xarici İşlər Nazirliyində (XİN) yeni saxlanılanlar var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azadlıq Radiosuna məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də daha iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İyulun 7-də tutulan İlqar Əliyev barəsində iyulun 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevdir. 

***

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində Faiq Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatına baxılıb. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button