XİN rəhbəri: “Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik”

Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik.

Polise.az  xəbər verir ki, bunu xarici işlər naziri Cehun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək.

“Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək”, – deyə bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button