XİN rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Şəhidlər xiyabanı ziyarət ediblər.

“Polise.az” xəbər verir ki, ziyarətçilər “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button