Xırdalan şəhərində soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində bir nəfərin şəhər sakini S.Hətəmovaya zor tətbiq edərək içərisində pulu və sənədi olan cüzdanını talaması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Elmin Əfəndiyev müəyyən edilərək saxlanılmışdır.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Hamısını Göstər

Related Articles

Back to top button