Xırdalanda dəhşət: Kişi arvadını baltayla öldürdü, oğlunu yaraladı

Dünən Xırdalanda dəhşəti qətl hadisəsi baş verib.

Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, dekabrın 18-də, saat 15 radələrində Xırdalan şəhəri ərazisində, Quşçuluq yaşayış massivində 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı öldürməsi, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən  xəsarətləri yetirməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.

Əldə edilən məlumata görə, A.Əhmədov hadisəni balta ilə törədib.

Hamısını Göstər

Related Articles

Back to top button